Lalə Məmmədovadan aparıcılara İRAD
"Hər oxuduğumuz mahnı cəmiyyətə mesaj olmalıdır. Hər mahnıda bir siqnal var. Qoyun bu mesajlar yaxşı olsun da".
BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Zaurla Günaydın" verilişində deyib. Müğənni aparıcılara səslənib. O bildirib ki, bayağı mahnı ifaçılarını efirə çağırıb, tərifləməyin:
"Əvvəl indiki kimi hamıya azadlıq verilməmişdi. Bu azadlıqdan isə hamısının başı gicəllənib. Mənim sonuncu müsahibəmdə sözümü düz anlasalar yaxşı olar. Heç kimə deyə bilmərəm, niyə etmisən? İncikliyim aparıcılardandır. Əgər sabah bizim yerimizdə həmin insanlar otursa, aparıcılar da onları bizim kimi tərifləsə incməyəcəksiniz? Sözüm aparıcılaradır. Sənətkarlarla onları bir tutmayın".
Oxşar xəbərlər
Keçmiş həyat yoldaşından Cennifer Lopezə 30 MİLYONLUQ JEST
Məşhur aktyor Ben Afflek bahalı jesti ilə gündəmə gəlib. BAKU.WS xəbər verir ki, o keçmiş həyat yoldaşı Cennifer Lopezə 60 milyon dollarlıq malikanənin yarısın...