Keti Perri və Orlando Blum ayrıldı - SƏBƏB

Keti Perri və Orlando Blum ayrıldı - SƏBƏB
Şou-biznes 140

Uzun müddətdir yayılan şayiələrdən sonra amerikalı müğənni Keti Perri və aktyor Orlando Blum münasibətlərinə son qoyduqlarını rəsmi şəkildə açıqlayıblar.

BAKU.WS xəbər verir ki, Page Six nəşrinin yaydığı məlumata görə, cütlüyün nümayəndələri ayrılıq xəbərini təsdiqləyib:
"Onlar bir-birilərinə dəyər verməyə davam edəcəklər. Əsas prioritetləri isə övladlarını sevgi, sabitlik və qarşılıqlı hörmət şəraitində böyütməkdir."

Qeyd olunur ki, cütlüyün münasibətləri artıq başqa bir formaya keçib və yaxın vaxtlarda hüquqi məsələləri də rəsmi şəkildə həll edəcəklər. Hər iki məşhur dostluq münasibətlərini saxlayacaq və uşaqları üçün bir ailə kimi birlikdə görünməyə davam edəcəklər.

Keti və Orlandonun ayrılığı ilə bağlı şayiələr 2025-ci ilin iyununda yayılmağa başlamışdı. Bildirilir ki, Perrinin yeni albomunun azarkeşlər tərəfindən soyuq qarşılanması cütlük arasında gərginliyə səbəb olub. Orlandonun bu müddətdə müğənniyə dəstək verdiyi deyilsə də, görünür, bu dəstək artıq kifayət etməyib.

Qeyd edək ki, onlar ilk dəfə 2013-cü ildə tanış olublar, lakin romantik münasibətləri 2016-cı ildən başlayıb. 2019-cu ildə Orlando Blum Ketiyə evlilik təklifi etmişdi. Cütlük daha əvvəl də bir dəfə ayrılmış, sonra yenidən barışmışdı.

Son xəbərlər