Keti Perri və keçmiş nazir lüks yaxtada romantik anlar yaşadı
Dünya şöhrətli müğənni Keti Perri və keçmiş Kanada Baş naziri Castin Trüdo lüks bir yatta yaxın anlarda görüntüləniblər. Montrealdə birlikdə yemək yeyərkən yayılan şəkillərin ardından cütlük arasında münasibət olduğu iddiaları gündəmə gəlmişdi.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, yeni fotolarda Perri-yə məxsus 24 metrlik "Caravelle" adlı yaxtada cütlüyün bir-birinə yaxın olduqları görünür. Həmin anları müşahidə edən turistlər cütlüyü fərq etsələr də, onlar bu vəziyyətdən narahat olmayıblar.
Qeyd edək ki, Keti Perri qısa müddət əvvəl aktyor Orlando Blum ilə münasibətini bitirmişdi. Castin Trüdo isə 2023-cü ildə 18 illik həyat yoldaşı Sofi Qrequar Trüdo ilə ayrılmışdı.
Yayılan şəkillər sosial mediada geniş müzakirələrə səbəb olub. Bəzi izləyicilər cütlüyü "yeni güc çifti" adlandırarkən, digərləri bu birliyi "politika və pop dünyasının ən təəccüblü əlaqəsi" kimi qiymətləndiriblər.
Oxşar xəbərlər
Sibel Can 11 yaş kiçik sevgilisi ilə evlənir - Toy bu tarixdə olacaq
Məşhur müğənni Sibel Can 11 yaş kiçik sevgilisi, iş adamı Emir Sarıgüllə evlənir. BAKU.WS xəbər verir ki, cütlük sentyabrın 17-də Muğlanın məşhur turizm şəhəri...