İllər əvvəl filmlərə çəkilən AZƏRBAYCANLI MÜĞƏNNİLƏR

İllər əvvəl filmlərə çəkilən AZƏRBAYCANLI MÜĞƏNNİLƏR
Video
Şou-biznes 136

Həmişə toylarda oxuyub, konsertlər verən şou-biznes nümayəndələri vaxt tapanda çəkiliş meydanında da olublar. Onlar özlərini həmişə müğənni kimi yox, hərdən aktyor kimi də sınayıblar. Sənət aləmində elə məşhurlar var ki, onlar illər əvvəl müxtəlif janrlı filmlərdə çəkiliblər.

Bu dəfə BAKU.WS saytı olaraq həmin filmləri araşdırdıq. Ekran işlərində rol alan həmin müğənnilərin adlarını oxuculara təqdim edirik:

Xalq artisti Aygün Kazımova ilə müğənni Elnarə Xəlilova

Sənətçilər illər əvvəl "Məşədi İbad" filmində filmində çəkiliblər. Ekran işində Kazımova "Sənəm", Elnarə Xəlilova isə "Gülnaz" obrazında olub. Layihə 2005-ci ildə ekranlara gəlib.

Müğənni Natavan Həbibi

Natavan Həbibi "Hozu" adlı romantik komediyada çəkilib. Onun ekran işində tərəf müqabili aktyor Məcid Hüseynov olub. Həbibi filmdə "Həlimə", Məcid isə "Hətəm" rolunu canlandırıb. Film 2017-ci ildə tamaşaçılara təqdime dilib. Sujet xəttində kəndli balası Hətəmin başına gələnlər əks olunub.

Əməkdar artist Nüşabə Ələsgərli

Sənətçi aktyor və resjissor Elçin Məmiyevlə 23 il əvvəl "Yanmış körpülər" adlı seriala çəkilib. "Yanmış körpülər"in ilk bölümü 2003-cü ildə yayımlanıb. Serialda hadisələr əsasən Rüfət (Elçin Məmiyev), Afət (Nüşabə Ələsgərli) və Zərifənin (Vəfa Zeynalova) ətrafında cərəyan edir. Rüfətlə Zərifə vaxtilə bir-birilərini sevmişlər. Lakin məhəbbətini var-dövlətə qurban verən Rüfət varlı Səmədağanın (Məzahir Süleymanov) qızı Afətlə evlənir. Lakin xoşbəxt olmur.

Xalq artisti Röya Ayxan

Sənətçi 2007-ci ildə "İstanbul Tətili" adlı bədii filmə çəkilib. Ekran işinin rejissoru Ülviyyə Könül, senari müəllifi isə Əjdər Ulduz olub. Sujet xəttində Ayan adlı müğənninin həyatından bəhs Edilir. Bakıda öz pərəstişkarlarını itirən müğənni Ayan (Röya Ayxan) depressiyaya düşməmək üçün baş götürüb şəhəri tərk edir, İstanbula gedir. İstanbulda fotoqraf Muradla (İlyas Əhmədov) tanış olur. Ayanın keçmişindən xəbər tutan Murad, özünə bildirmədən ona yardım etməyə çalışır, onun şəkillərini çəkir. Ayan da Muradı sevməyə başlayır.

Müğənnilər Sevil-Sevinc bacıları

Onlar illər əvvəl "Qızqaçırtma" filmində çəkiliblər. Ekran işi 2017-ci ildə Rüfət Şahbazov tərəfindən çəkilib. Komediya janrlı filmdə Sevil-Sevinc Gülay-Günay obrazında olub. Sujet xəttində Gündüz adlı oğlan Günayı sevir onu qaçırtmaq istəyir. Lakin bu zaman onun əkiz bacısı Gülayı qaçırdır.

Xalq artisti Tünzalə Ağayeva

Sənətçi "Ağanatiq" adlı filmdə çəkilib. Film komediya janrındadır. T.Ağayeva filmdə Cabir İmanovun həyat yoldaşı obrazını canlandırır. O ekran işində bir-iki kadrda çəkilib. Ekran işində Ağanatiq obrazının başına gələn hadisələrdən bəhs edilir.

Xalq artisti Flora Kərimova

Xalq artisti Flora Kərimova bir çox maraqlı və baxımlı ekran işlərində rol alıb. Bunlar arasında "Qanun naminə" (1968), "Toyda görüş" (1970), "Həyat bizi sınayır"(1972), "Yollar görüşəndə..." (1979), "Arşın mal alan" (2002), Qayınana (film, 2018) kimi filmlər var. Sənətçinin rol aldığı

Əməkdar artist Mətanət İsgəndərli

İfaçı illər əvvəl "Kəlağayı" sənədli filmə çəkilib. Bu barədə o qonaq olduğu verilişlərdən birində danışıb. "Kəlağayı" həsr edilən film bəzi festivallarda da nümayiş olunub. Film İTV kanalında yayımlanıb.

Müğənni Nadir Qafarzadə

Nadir Qafarzadə illər əvvəl "Qaç Nadir, qaç" komediya filmində çəkilib.

Burada o baş rolu canlandırıb. Filmdə bir çox məşhur fərqli obrazlarda iştirak edib.

Müğənni Roza Zərgərli

Roza Zərgərli filmdə çəkilən məşhurlardandır. O illər əvvəl "Məşhur gəlin" filmində rol alıb. Filmin ideyası aparıcı aparıcı Cavid Gülə aiddir. Çəkilişlər Gəncə, Göygöl, Şamaxı, İsmayıllı, Bakı və bir neçə rayonda baş tutub.

Son xəbərlər