İbrahim Tatlısəs əməliyyatdan sonra ilk dəfə görüntülənib
Türkiyənin məşhur sənətçisi İbrahim Tatlıses əməliyyatdan sonra ilk dəfə xəstəxanada görüntülənib.
BAKU.WS xəbər verir ki, öd kisəsi əməliyyatı keçirən sənətçinin müalicəsi xəstəxanada davam edir. Əməliyyatdan sonra onun ilk fotosu həmkarı Mahmut Tuncer tərəfindən paylaşılıb.
Məlumata görə, İbrahim Tatlısəs bir müddət əvvəl İstanbulda evində halı pisləşdikdən sonra xəstəxanaya yerləşdirilib. O, keçirdiyi ağır infeksiyadan sonra əməliyyat olunub.
Paylaşılan fotoda Mahmut Tuncer sənətçini xəstə yatağında ziyarət edib və onun vəziyyətinin yaxşı olduğunu bildirib.
İbrahim Tatlısəs özü də əməliyyatdan sonra açıqlama verərək, prosesin uğurla keçdiyini və həkimlərə təşəkkür etdiyini qeyd edib.
Oxşar xəbərlər
Afət Fərmanqızı bloqer Sevinc Hüseynovanı məhkəməyə verdi
Müğənni Afət Fərmanqızı bloqer Sevinc Hüseynovanı məhkəməyə verib. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, müğənni bu barədə Füzuli Rayon Məhkəməsinə xüsusi...