Hülya Avşar 10 milyonluq maşını ilə qəzaya düşdü
23
dek
2025
13:37
Müğənni Hülya Avşar avtomobil qəzası keçirib.
BAKU.WS xəbər verir ki, hadisə sənətçinin çəkiliş meydanına gələrkən Tarabya sahili istiqamətində yaşanıb.
Avşarın özünə yeni aldığı 10 milyon lirə (397 000 AZN) dəyərində avtomobili əvvəl divara çırpılıb. Zərbə daha güclü olsa idi maşın dənizə düşəcəkmiş. Çünki onun maşını vurduğu divarın arxa hissəsində sahil yerləşir.
Hülya Avşar qəzadan sağ-salamta çıxıb.
Sənətçinin bahalı və lüks avtomobil istifadəyə yararsız hala düşüb.
Maşın dərhal təmir edilmək üçün servisə aparılıb.
Oxşar xəbərlər
Alla Puqaçova "Kristina" brendinə dair hüquqlarını itirib
Rusiyanı tərk edən məşhur müğənni Alla Puqaçova 1997-ci ildən bəri sahib olduğu "Kristina" ticarət nişanı üzərində hüquqlarını itirib. BAKU.WS xəbər verir ki, b...