Hollivud ulduzu görmə qabiliyyətini itirib
Oskar mükafatlı aktrisa Cudi Denç, proqressiv makulyar distrofiyadan əziyyət çəkdiyi üçün artıq küçəyə tək çıxa bilmədiyini etiraf edib.
BAKU.WS xəbər verir ki, bu barədə "People" nəşri yazıb.
Denç bildirib ki, indi gəzintilərə yalnız müşayiətlə çıxır, çünki azmaq və ya yıxılmaq riski var. Aktrisa zarafatla qeyd edib ki, görmə qabiliyyətinin zəifləməsi bəzi hallarda onun üçün faydalı olub, çünki o, tək çıxmağı heç vaxt sevməyib.
O, hətta "korluqdan əziyyət çəkirmiş kimi davranaraq" müşayiətlə gəzməkdən zövq aldığını deyib.
Makulyar distrofiya göz sinir toxumasının mərkəzi zonasını tədricən zədələyən xroniki proqressiv xəstəliklər qrupunun ümumi adıdır. Bu xəstəlik mərkəzi görmənin geri dönüşsüz və sürətli itirilməsinə səbəb ola bilər.
Oxşar xəbərlər
Emrahın keçmiş həyat yoldaşı: "Ayrılıq qərarını mən verdim"
Müğənni Emrahın keçmiş həyat yoldaşı Sibel Kirer illər sonra etirafı ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, 2014–2022-ci illər arasında sənətçi ilə ailəli o...