Halit Ergenç Londonda dükanlar açıb, 2 ton "börek" satdı
Məşhur aktyor Halit Ergenç Londonda özünə yeni iş qurub.
BAKU.WS xəbər verir ki, o iş adamı İzzet Hızlı ilə şərik olaraq şəhərin Fitzrovia və Çisvik kimi mərkəzi yerlərində iki dükan açıb.
Ergenç bununla da ənənəvi türk ləzzətlərini İngiltərəyə daşıyıb. Aktyor burada köməkçiləri ilə birlikdə Türkiyə mətbəxinə aid "börek" və digər xəmir yeməkləri bişirir.
Artıq bir aydır fəaliyyətə başlayan dükanlarda iki ton "börek" satılıb.
Ergenç 2026-cı ilin sonuna kimi dükanların daha 4 filialını açmağı düşünür. O gələn ay isə üçüncü filialı açacaq.
Aktyorun bu addımı Londonda həm yerli sakinlər, həm də turistlər tərəfindən böyük maraqla qarşılanıb. Onun dükanının qarşısında turistlər növbələr yaratmağa başlayıb.
Oxşar xəbərlər
Gürcüstanı "Avroviziya 2026"da bu qrup təmsil edəcək
Gürcüstanın "Avroviziya 2026" təmsilçisi bəlli olub. BAKU.WS xəbər verir ki, ölkə tez bir zamanda gözlənilmədən öz iştirakçısını seçib və bu barədə mətbuata aç...