Hailey Bieber-dən milyard dollarlıq addım!

Hailey Bieber-dən milyard dollarlıq addım!
Şou-biznes 219

Məşhur model və sahibkar Hailey Bieber-in qurucusu olduğu kosmetik brend Rhode 1 milyard dollarlıq müqavilə ilə ABŞ-nin nəhəng kosmetika şirkəti e.l.f. Cosmetics tərəfindən satın alınıb. Bieber markanın rəhbəri kimi fəaliyyətini davam etdirəcək və eyni zamanda e.l.f. Beauty şirkətində strateji müşavir rolunu da icra edəcək.

BAKU.WS xəbər verir ki, 28 yaşlı Bieber bu xəbəri 28 may tarixində "Instagram" hesabında paylaşaraq, "Rhode"u qurarkən ən böyük arzum onu daha çox insana çatdırmaq idi. Bu arzu indi gerçəyə çevrilir. Komandama və "Rhode" icmasına minnətdaram" sözlərini qeyd edib.

Məşhur müğənni və həyat yoldaşı Justin Bieber də bu uğuru "Instagram"da paylaşaraq Hailey-yə dəstəyini nümayiş etdirib. Sosial şəbəkə istifadəçiləri bu jesti alqışlayıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Serenay Sarıkaya sərbəst buraxıldı

Serenay Sarıkaya sərbəst buraxıldı

Bir neçə saat əvvəl saxlanılan aktrisa Serenay Sarıkaya sərbəst buraxılıb. BAKU.WS xəbər verir ki, o, müayinə üçün Seyrantepe Hamidiye Etfal Tədris və Araşdırma...

383 Şou-biznes 14:52 25 may 2026

Son xəbərlər