Gülben Ergen onu tənqid edənlərə cavab verdi: "Heç kimin vecinə deyil"
Müğənni Gülben Ergen hamam xalatında restorana getdiyi üçün onu tənqid edənlərə cavab verib.
BAKU.WS xəbər verir ki, bu barədə verilişlərdən birinə danışan ifaçı tənqidlərin onun üçün əhəmiyyətsiz olduğunu bildirib:
"Bu Amerikada heç kimin vecinə deyil. Mən hamam xalatı ilə hamburger restoranına girəndə heç kim çevrilib mənə baxmadı. Lakin bizim sosial şəbəkə istifadəçiləri hamısı ayağa qalxdı. Sonra bəlkə hamburger yeməyə çimərlik paltarında gedərəm. Qaldı ki, onu da edənə hörmətimiz sonsuzdur".
Xatırladaq ki, bir neçə gün əvvəl Amerikada konsert verən müğənni Gülben Ergen hamam xalatı ilə restorana getdiyi üçün sosial şəbəkələrdə tənqid atəşinə tutulmuşdu.
Oxşar xəbərlər
Aytən Səfərova: "Səhər bunu yeyəndə efirdə yuxum gəlir"
Aparıcı Aytən Səfərova şəkərdən imtina edib. BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, o, bunun səbəbləri haqda "Xəbər ertəsi" proqramında danışıb: "Son vax...