Fərda Amin: "Mən insanları bazarda işləyərkən tanımağa başladım"
"Mən insanları bazarda işləyərkən tanımağa başladım".
Bunu Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışında qonaq olan aktyor Fərda Amin deyib.
Onun sözlərinə görə, bazar mühiti real həyat mübarizəsinin kiçik bir modelidir:
"Orada bir-iki manat üçün gedən savaşın içində olmaq hər şeyi daha çılpaq görməyə kömək edirdi. İndi səhnədə alqış qazandıqca anlayıram ki, yaşadığım o ağrı-acılar təsadüfi deyilmiş. Bütün bunlar bu gün öz hekayələrimi gülərək danışmağım üçün bir hazırlıq imiş".
Aktyor, həmçinin daxili dünyası ilə barışdığını vurğulayıb:
"35 yaşımdan sonra düşüncələrimlə dostluq etməyə başladım. Anladım ki, qarşıma çıxan hər bir hadisə mənə nəsə öyrətmək istəyir. İnsan həyatın ona anlatdıqlarını dərk etdikcə böyüyür. Əks halda, reallıqdan qaçdıqca o səni qovalayır".
Oxşar xəbərlər
82 yaşlı Nebahat Çehrənin istirahət fotoları gündəm oldu
Türkiyənin tanınmış kino və televiziya aktrisası Nebahat Çehrə istirahət zamanı paylaşdığı yeni fotolarla diqqət mərkəzinə düşüb. BAKU.WS xəbər verir ki, 82 yaş...