Fatimə gələn ay əməliyyat olunacaq
Rəqqasə Fatimə Fətəliyeva gələn ay əməliyyat olunacaq.
BAKU.WS "Axşam.az"a istinadən xəbər verir ki, bu barədə sənətçi "Xəzər axşamı" verilişində danışıb. Fatimə göz bəbəyini zədələdiyini bildirib:
"Gözlərimdə problem yaranıb. Dörd ay əvvəl dırnağım bəbəyimə dəydi və onu zədələdim. Görməm zəifləyib. Nə qədər müalicə etsəm də, alınmır. Soyuq olanda, makiyaj edəndə ağrıyır. Rusiyada toyda makiyajlı formada rəqs edirdim, üçüncü rəqsdə artıq gözümü qırpa bilmirdim, sanki iynə batırırdılar.
Moskvada 2 rəqsimi bu cür təqdim etmişdim. Orada müalicə aldım, 3 gün sonra gözüm bir az düzəldi, yaman şişmişdi. İndi isə əməliyyat olunacağam".
Oxşar xəbərlər
Şou-biznesdə ilin ən böyük sürprizi - Aygün və Namiq 16 ildən sonra "Gəlirəm"
Şou-biznesin əfsanəvi duet ortaqları - Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu 16 illik fasilədən sonra yeni duetlə sevənlərinə sürpriz edibl...