Ənvər Sadıqovun həyatını nə dəyişdi?

Ənvər Sadıqovun həyatını nə dəyişdi?
Video
Şou-biznes 1039

Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayının qonağı Xalq artisti, qarmon ifaçısı Ənvər Sadıqov olub.

Sənətkar olmağın xüsusiyyətlərindən danışan musiqiçi insanın dünyaya hansısa missiya üçün gəldiyini vurğulayıb:

"Əvvəl bunu dərk etmirik. Bizə hər şey adi gəlir. Amma yaş keçdikcə dərk edirsən ki, əslində, səni istiqamətləndirən qüvvə var imiş. Hiss edirsən ki, gördüyün iş səndə yaxşı alınır. Məsələn kiminsə 8 saat musiqi ilə məşğul olub əldə etdiyi nəticəyə sən 20 dəqiqədə nail olursan. Onda anlayırsan ki, bu qabiliyyət sənə verilib və başqa işlə məşğul olmağa haqqın yoxdur".

Xalq artisti söyləyib ki, istedadla doğulan musiqiçi öz sənətinə bütün hallarda hörmətlə yanaşır:

"Sənətkar toya belə "onsuz da heç nə başa düşmürlər, nə çalsam, oynayırlar" düşüncəsi ilə baxmır. Vicdan həmin adamı belə davranmağa qoymur. Çox kasıb bir ailənin toyunda elə çalğı olur ki, musiqiçini tər-qan aparır. Toy sahibi gəlib qarşında dayanıb demək istəyir ki, sənə can qoyduğun qədər pul verməmişəm axı".

Ə.Sadıqov başına gələn hadisələrdən danışarkən bəzi yaşadıqlarının həyatının dönüş nöqtəsi olduğunu deyib: "Məndən asılı olmayan çox şey olub. Elə hadisə baş verib ki, ondan necə salamat çıxdığımın cavabını hələ də tapa bilmirəm. Həyatımla vidalaşa biləcəyim bir fəlakət idi. Hadisənin üstündən 24 il keçib. Həmin günü ikinci doğum günüm hesab edirəm".

Ətraflı süjetdə:

Son xəbərlər