Əməkdar artistdən ETİRAF: "Teatrda salamlaşmadığım sənətkarlar var"
Əməkdar artist Çingiz Əhmədov etirafı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, "Gün ortası" verilişinə qonaq olan aktyor bəzi həmkarları ilə aralarəndakı soyuqluqdan danışıb.
Əməkdar artist etiraf edib ki, teatrda sənəti olan, titullu həmkarları ilə heç salamlaşmır:
"Teatrda elə adamlar var ki, salam vermirəm. Ona layiqdirlər. Yola verirlər, nəsə edirlər. Amma belə olmaz! Mən, məsələn, nə qədər gənclərə əl tuturam, kömək edirəm. Deyirəm, danışıram, gülürəm. Demirəm ki, maddi cəhətdən nəsə edirəm. Özümü elə aparıram ki, onlarla aramdakı səmimiyyəti pozmuram. Amma elə adamlar var ki, teatrda sənəti də, titulu da var, lakin mən ona salam vermirəm. Deməyəcəyəm onlar kimdir. Lakin onlar layiqdirlər ki, mən onlara salam vermirəm".
Ətraflı videoda:
Oxşar xəbərlər
Sindi Krouford 27 yaşlı oğlunun ölümündən danışdı: "Səni əbədi sevəcəyik"
Dünyaca məşhur supermodel Sindi Krouford 27 yaşında vəfat edən oğlu Presli Gerberin ölümü ilə bağlı ilk dəfə paylaşım edib. Model ailəsinin böyük kədər içində o...