Əməkdar artist xəbərdarlıq etdi
Əməkdar artist Abbas Bağırov son günlər "Telegram" platformasında aktivləşən kiberdələduzlarla bağlı izləyicilərinə xəbərdarlıq edib.
BAKU.WS xəbər verir ki, müğənni şəxsi sosial media hesabında +1 ölkə kodu ilə gələn mesajlara qarşı ehtiyatlı olmağı tövsiyə edib.
Onun sözlərinə görə, bu nömrələrdən gələn mesajlar əslində dələduzların hazırladığı tələlərdir.
"Dostlar, diqqətli olun! +1 ilə başlayan nömrələrdən gələn mesajlara cavab verməyin! Tanıdığınız birinin adından yazılsa belə, əvvəlcə nömrəni yoxlayın. Linklərə kor-koranə klik etməyin. Bu nömrələrlə fırıldaqçılar peyda olublar," – deyə Abbas Bağırov vurğulayıb.
Son dövrlərdə sosial media platformalarında artan dələduzluq halları fonunda sənətçinin bu xəbərdarlığı istifadəçilərin şəxsi məlumatlarını və hesablarını qorumaq baxımından mühüm əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
Gülşən reklam müqaviləsindən 20 milyon qazanıbmış
Türkiyəli müğənni Gülşən bu dəfə səhnə çıxışları ilə deyil, imzaladığı reklam müqaviləsi ilə gündəmə gəlib. BAKU.WS xəbər verir ki, iddialara görə, tanınmış ifa...