Elnur Məmmədov: "Səni sevirəm demək, elə sevməməkdir"
"Mən həyatım boyu səni sevirəm sözünü deməyi sevməmişəm. Mən sevgini əməllərimlə göstəməyi sevirəm. Səni sevirəm demək, elə sevməməkdir".
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov "Xəzər axşamı" verilişində deyib. Sənətçi sevirəm deyib, yarı yolda qoyanların çox olduğunu bildirib:
"Bunu həqiqətən deyirəm. O qədər sevirəm deyənlər var ki, yarı yolda sevgini atıb qaçır. Əsl sevgi, sevirəm demək deyil. Mən xanımıma sevgimi əməllərimlə göstərirəm. Sevgi edəcəyin hörmətdir, xanıma yanaşmandır, qayğısına qalmaqdır. Mən tez-tez xaricdə olan insanam, amma ailəmlə bir saniyə danışmasam, ürəyim partlayar. Tək həyat yoldaşımdan getmir söhbət, ailə üzvlərimə də o sevgini çatdırıram. Sevməsəm, heç sevgi mahnılarını oxuya bilərəm".
Oxşar xəbərlər
Toyunda taxdığı milyonluq qızıllar ARAŞDIRILIR - "Vanlı Kara Haydar" saxlanıldı
Türkiyədə sosial şəbəkələrdə "Vanlı Kara Haydar" kimi tanınan Mehmet Fatih Tançalan barəsində istintaq başladılıb. BAKU.WS xəbər verir ki, Van Baş Prokurorluğun...