"ELLE Style Awards 2026"nın ən yaxşıları mükafatlandırıldı - SİYAHI
Türkiyədə "ELLE Style Awards 2026" mükafatlandırma mərasimi keçirilib.
BAKU.WS xəbər verir ki, bu il artıq 11-ci dəfə təşkil edilən tədbirdə bir çox türkiyəli məşhur şəxs iştirak edib.
Musiqi, kino və moda sahəsindən ən yaxşılar mükafata layiq görülüblər. Gecədə 25 fərqli kateqoriya üzrə mükafatlar təqdim edilib. Tədbirin aparıcıları Burcu Esmersoy və Serkan Altınorak olublar.
"İlin ELLE Qızı" mükafatına aktrisa Serenay Sarıkaya layiq görüldü. O mükafatı almaq üçün səhənəyə çıxıb və 2025-ci ildə yaşadığı çətin anlardan danışıb. Serenay Sarıkaya "ELLE Style Awards 2026" mərasimində geyim üslubu ilə diqqət mərkəzində oldu.
"Uzak Şehir" serialının "Alya"sı Sinem Ünsal "İlin ən yaxşı televiziya performansı" mükafatıan layiq görülüb. Tədbirdən sonra o jurnalistlərə açıqlamasında rol aldığı serialdan danışıb. O çəkilişlərin aparıldığı Mardində qışda havanın daha soyuq, yayda isə daha isti olduğunu qeyd edib. Ünsal həmçinin çəkiliş heyəti ilə birlikdə oteldə qaldıqlarını da bildirib.
"İlin Stil Sahibi qadın aktrisası" mükafatı Hande Erçelə təqdim edilib. O, mükafatını Arzum Onandan alıb.
"İlin Stil Sahibi Musiqiçisi" mükafatı isə Zeynep Bastıkın oldu.
"İlin Davamlı Uğur mükafatı"nı sənətçi Kenan Doğulu qazanıb. Doğuluya mükafatı Nükhet Duru təqdim edib.
"İlin Yüksələn Moda Dizayneri" mükafatını Generation78 brendinin yaradıcısı Mustafa Oral Ünlü alıb. Ünlüyə mükafatı Tuba Ünsal təqdim edib.
"İlin Moda Dizayneri" mükafatını Amor Gariboviç qazandı. Gariboviçə mükafatı, kolleksiyasından müntəzəm olaraq geyinən məşhur müğənni Sibel Can təqdim edib.
"İlin Televiziya Performansı" mükafatını bu il "Kral Kaybederse" serialında canlandırdığı "Kenan Baran" obrazı ilə böyük rəğbət qazanan aktyor Halit Ergenç alıb. Ergençə mükafatı həmkarı Merve Dizdar təqdim edib.
"İlin Rəqəmsal Performansı" mükafatını "Prens" serialı ilə əldə etdiyi böyük uğur sayəsində parlayan Giray Altınok qazanıb. Altınok mükafatını Prensdəki rol yoldaşı Ceyda Düvencidən alıb.
"İlin Moda Əməkdaşlığı" mükafatını məşhur müğənni Edis alıb. O mükafatı Derin Mermercidən alıb.
"İlin Stil sahibi aktyoru" mükafatını isə bu il həm rəqəmsal platformalarda, həm də televiziyada layihələrdə yer alan Barış Arduç qazanıb.
Məşhurlar eyni zamanda "ELLE Style Awards 2026" mükafatlarının qırmızı xalısında da bərq vurublar. Onların geyimlərinin hər biri ayrı-ayrılıqda danışılaraq müzakirələrə səbəb olub.
Sözügedən fotoları təqdim edirik:
Oxşar xəbərlər
Səidə Dadaşova atasının məzarından təsirli görüntülər paylaşdı
Müğənni Səidə Dadaşova sosial şəbəkədə təsirli paylaşım edib. BAKU.WS xəbər verir ki, o mərhum atası, Xalq artisti Rafael Dadaşovun məzarını ziyarət edib. Dada...