Elçin Cəfərov "Anla" ilə stilini dəyişdi - FOTOSESSİYA
Pərəstişkarlarına ard-arda yeni hitlər təqdim edən müğənni Elçin Cəfərov repertuarına daha bir mahnı əlavə edib.
BAKU.WS xəbər verir ki, onu yeni ifası "Anla" adlanır.
Söz və musiqisi Rafael Şabanova aid bəstənin aranjımanı isə Dahin Malik tərəfindən hazırlanıb.
Mahnı dinləyicilərə yeni və qeyri-adi fotosessiya ilə birlikdə təqdim olunub.
Elçin Cəfərovun bordo tonlardakı klassik kostyumu, qara dəri əlcəklər və zərif detallarla tamamlanıb.
Fotosessiyanı fotoqraf Elgün Zaman edib. Sənətçinin yeni stili üzərində isə stilist Elnur Həsənov çalışıb.
"Anla" müğənninin rəsmi yutub kanalı və bütün musiqi platformalarında onlayndır.
Oxşar xəbərlər
Xalq artistinin "Dream Fest" obrazı maraq doğurdu - Şeir, rəsm və moda…
"Dream fest 2026"ı beynəlxalq musiqi festivalının ikinci günü keçirilib. BAKU.WS xəbər verir ki, yerli və xarici ulduzlar öz növbəsində gümüşü xalıdan keçərək K...