Dünyada milyonlar və milyardların xərcləndiyi TOYLAR - SİYAHI

Dünyada milyonlar və milyardların xərcləndiyi TOYLAR - SİYAHI
Foto
Şou-biznes 264

Dünyanın hər bir yerində toy adəti mövcuddur. Fərqli adət və ənənələrin mövcud olduğu bu toyların bəziləri xarici mətbuatda böyük müzakirələrə səbəb olub. Buna səbəb onlara milyon və milyardlarla dolların xərclənməsidir. Bu məclislərə 1 milyard dollar, 166 milyon dollar xərc çəkənlər var. 

Bu dəfə BAKU.WS saytı olaraq dünyanın ən bahalı toylarını araşdırdıq. Sözügedən siyahını oxuculara təqdim ediri. 

Milyarder Ceff Bezola və jurnalist Loren Sançesin toyu 26-28 iyun tarixlərində Venesiyada baş tutub. Toya ABŞ prezidenti Donald Trumpın qızı İvanka Trump və əri Cared Kuşner, Opra Uinfri, Bill Qeyts, Leonardo Di Kaprio və digərləri daxil olmaqla 200 nəfərə yaxın məşhur və iş adamı dəvət edilib. Bu toya ümumilikdə 50 milyon dollar xərclənib. 

Çinli aktyor Huang Xiaoming ilə Ancelbeybi 2015-ci ildə evləniblər. Onların toyuna 31 milyon dollar xərclənib. Cütlüyün nişan üzüyünün qiyməti 1.5 milyon dollar olub. Cütlük 2022-ci ildə boşanıb. 

Hindistnalı Vanişa Mittal və Amit Bhatia 2004-cü ildə ailə qurublar. Toya 60 milyon dollar xərclənib. Toyda qonaqlara verilən bahalı şərabın qiyməti 1.5 milyon dollar olub. 

Şahzadə Diana ilə Çarlzın toyu 1981-ci ildə baş tutub. Məclis üçün 166 milyon dollar xərclənib. Diananın gəlinliyi 10 000 mirvaridən hazlanıb. İpək parçadan olan gəlinliyin dəyəri 380 000 dollar olub. Onlar 1966-cı ildə boşanıblar. 

Hindistanlı İşa Ambani və Ananad Piramalın toyu da dünyanın ən bahalı toyları sırasındadır. Bu toy 2018-ci ildə keçirilib. Məclis üçün 100 milyon dollar xərclənib. Toyda 1000 ədəd "Jaguar" və "Porsche" markalı maşın olub. 

Rusiyalı Xədicə Usakova və Səid Qutsarievin 2016-cı ildə baş tutan ən bahalı və müasir toy olub. Bu toy sahiblərinə 1 milyard dollara başa gəlib. Məclisdə Cennifer Lopez və Stinq kimi məşhurlar səhnə alıblar. Xədicənin 13 kiloqramlıq gəlinliyinin qiyməti isə 1 milyon dollar olub.

Dünyanın ən bahalı toylarından biri Ambanilərin möhtəşəm toyudur. Ümumilikdə toya 600 milyon dollar xərcləndiyi ehtimal olunur.

Anant Ambani və Radika Merçantın toyunda məşhur qonaqlar siyasətçi Boris Conson və boksçu Mayk Tayson və digər məşhurlar iştirak edib.

Toy üç gün davam edib. Gəlinin istifadə etdiyi duvaq 3 metr uzunluğunda olub. Təşkilatçılar nikah məkanını nəhəng dekorasiyalar və 100 mindən çox canlı çiçək ilə bəzəyib. Həmçinin 60 çiçəkdən heykəl yaradılıb: meymunlar, fillər və pələnglər... 5500 dronla səmada işıqlar nümayiş olunub. 

Son xəbərlər