Dünya ulduzları Trampa görə Karib adalarında qalıb

Dünya ulduzları Trampa görə Karib adalarında qalıb
Şou-biznes 326

ABŞ-nin Venesuelaya qarşı başladığı hərbi əməliyyatlardan sonra hava məkanının mülki uçuşlar üçün bağlanması Karib hövzəsində nəqliyyat böhranına səbəb olub. Bu vəziyyət bölgədə istirahət edən Hollivud ulduzlarını da çətin duruma salıb.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Leonardo DiCaprio, Natali Portman, Mayk Tayson, Kuin Latifa kimi məşhurlar St. Barts, Saint Martin və Anguilla adalarında günlərdir çətin vəziyyətdə qalıb. Uçuşların tam dayandırılması səbəbindən həm kommersiya reysləri, həm də şəxsi təyyarələrin hərəkəti mümkün deyil.

Bəzi turistlərin bərə və qayıqlarla qonşu adalara keçmək cəhdləri sahil mühafizəsi tərəfindən dayandırılıb. Bölgədəki lüks hotellərdə yerlər tam dolub, xüsusi çarter reysləri üçün isə qeyri-müəyyənlik davam edir.

Nəqliyyat böhranı Hollivudun tədbir təqviminə də təsir göstərib. Leonardo DiCaprio Palm Springs Beynəlxalq Film Mükafatlarına qatıla bilməyib, Natali Portmanın isə Qızıl Qlobus mərasiminə çatıb-çatmayacağı hələ də sual altındadır. Yerli mənbələr hava məkanının nə vaxt açılacağının hələ bilinmədiyini bildirir.

Oxşar xəbərlər

Məşhurların ən çox axtarılan dueti təqdim olundu

Məşhurların ən çox axtarılan dueti təqdim olundu

Xalq artisti Aygün Kazımova və müğənni Nəsimi Məmmədov sosial şəbəkələrdə viral olan "Məsafələr" adlı duetlərini klip şəklində dinləyicilərin ixtiyarına veriblə...

530 Şou-biznes 17:06 07 yanvar 2026

Son xəbərlər