Dostları Azər Baxşəliyevin xatirəsinə mahnı həsr etdi

Dostları Azər Baxşəliyevin xatirəsinə mahnı həsr etdi
Video
Şou-biznes 6067

Bu gün mərhum aktyor Azər Baxşəliyevin doğum günüdür. Yaşasaydı onun 40 yaşı tamam olacaqdı.

BAKU.WS xəbər verir ki, aktyorun sənət dostları onun xatirəsini yad etmək məqsədilə xüsusi və duyğusal layihəyə imza atıblar.

Belə ki, musiqisi Tərlan Məmmədhüseynova, sözləri isə Rafoya məxsus olan "Sınıq pəncərə" adlı mahnı hazırlanaraq Azər Baxşəliyevin əziz xatirəsinə ithaf edilib.

Mahnını sevilən ifaçılar Elçin Cəfərov və Hiss səsləndirib.

Təqdim olunan klipin süjet xətti izləyiciləri kövrəltməyi bacarıb.

Klipdə tanınmış simalar- İlkin Həsəni və bloger həyat yoldaşı Aysel Həsəni, bəstəkar Tərlan Məmmədhüseynov və həyat yoldaşı Lalə Məmmədhüseynova, Fərid Dadaşov və xanımı, müğənnilər Elçin Cəfərov, Hiss, aktyor Elşən Orucov, eləcə də Azər Baxşəliyevin həyat yoldaşı Nigar Baxşəliyeva yer alıb.

Ekran işinin rejissorluğunu isə Fərman Bəşirli həyata keçirib.

Oxşar xəbərlər

Kəmalə Müzəffər: "Müayinəsiz həkimlər 3 dəfə yanağımı kəsib tikdilər"

Kəmalə Müzəffər: "Müayinəsiz həkimlər 3 dəfə yanağımı kəsib tikdilər"

Əməkdar artist Kəmalə Müzəffər "Həftənin qonağı" verilişində qonaq olub. BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, aktrisa illər əvvəl üzündə yaranan problem...

54 Şou-biznes 10:01 25 yanvar 2026

Son xəbərlər