Devlet Bahçeli bu seriala görə məşhur aktyora zəng etdi
Yüni yayımlanan "Yeraltı" serialı senarisi və aktyor heyəti ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçelinin diqqətini çəkib.
BAKU.WS xəbər verir ki, Bahçeli ekran işində baş rola çəkilən və "Bozkurt" obrazına həyat verən Uraz Kaygılaroğluna zəng edib.
O "Yeraltı" serialı ilə bağlı məmnunluğunu ifadə edib və "Bozkurt" obrazını çox bəyəndiyini vurğulayıb.
""Yeraltı" serialının baş rol ifaçılarından olan Uraz Kaygılaroğluna zəng etdim. Türk gəncliyinin pis vərdişlərdən uzaq durması istiqamətində apardıqları uğurlu yayıma və bunun nümunəvi bir ssenari şəklində ekranlara daşınmasına görə məmnunluğumu bildirdim. Qəbul etdikləri təqdirdə, onlara bir bozqurd tablosu hədiyyə etmək istədiyimi bildirib bütün heyətə uğur arzu etdim".
Oxşar xəbərlər
Məşhur aktrisa iki illik ağrılardan sonra əməliyyat olundu
Məşhur aktrisa Ceyda Ateş əməliyyat olunub. BAKU.WS xəbər verir ki, aktrisa təxminən iki ildir çiynində başlayan və qısa müddətdə qoluna yayılan şiddətli ağrıl...