Denzel Vaşinqtonu bu səbəbdən Türkan Şoraya oxşatdılar
Hollivud ulduzu Denzel Vaşinqton da türk kino əfsanəsi Türkan Şoray kimi çəkildiyi filmlər üçün müəyyən şərtlər irəli sürməsi ilə yenidən gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, "Training Day" və "Gladiator 2" kimi filmlərdə rol alan aktyor xüsusilə sevgi və intim səhnələrdə ehtiyatlı davranması ilə diqqət çəkir. Vaşinqton bu cür səhnələrə razılıq verməzdən əvvəl tərəf müqabili ilə öncədən danışmaq qaydasına əməl edir.
Məşhur aktyor dəfələrlə bildirib ki, ssenari tələb etdiyi hallarda öpüşmə səhnələrinə qarşı deyil. Lakin səhnə onun prinsiplərinə uyğun gəlmədikdə, bu cür çəkilişlərdə iştirakdan imtina edir.
Məsələn, "The Pelican Brief" filmində onun Culiya Roberts ilə öpüşmə səhnəsinin çəkilməsi planlaşdırılsa da, Denzel Vaşinqton həmin hissənin ssenaridə yer almadığını əsas gətirərək səhnəni ləğv etdirib.
Oxşar xəbərlər
Məşhur aktrisa iki illik ağrılardan sonra əməliyyat olundu
Məşhur aktrisa Ceyda Ateş əməliyyat olunub. BAKU.WS xəbər verir ki, aktrisa təxminən iki ildir çiynində başlayan və qısa müddətdə qoluna yayılan şiddətli ağrıl...