"Delikanlı" serialı ilə bağlı gözlənilməz qərar
Türkiyənin "Show TV" kanalında yayımlanan "Delikanlı" serialı ilə gözlənilməz qərar veriləcək.
BAKU.WS xəbər verir ki, ekran işinin reytinq qurbanı olduğu bildirilib.
Layihə gözlənilən nəticəni verməyib və reytinq göstəriciləri hər bölüm azalmağa başlayıb. Bu səbəbdən layihənin final edəcəyi vurğulanıb.
Bir müddət əvvəl də serialın final edəcəyi bildirilirdi. Lakin çəkiliş heyəti "Show TV" kanalı ilə danışıqlar apararaq ikinci şans istəmişdi.
Reytinq nəticələrinin yenidən azalması isə ekran işinin final edəcəyini qaçınılmaz edib.
Xatırladaq ki, ekran işinin əsas rollarında Mert Ramazan Demir, Melis Sezen, Mina Demirtaş və Salih Bademci kimi aktyorlar çəkiliblər.
Oxşar xəbərlər
Brilliant Dadaşova: "Bugünkü vəziyyəti bilsəydim, müğənni olmazdım"
Xalq artisti Brilliant Dadaşova Azərbaycan estradasının hazırkı vəziyyətini tənqid edib. BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi "Xəzər a...