Damla: "Sənətə gələndə bir ananın ögey övladı kimi təkləndim"
"Şou-biznesdə heç vaxt rəfiqəm olmayıb. Sadəcə salam-sağol etdiyim insanlar olub".
BAKU.WS xəbər verir ki, bu sözləri müğənni Damla (Məsumə Məmmədova) deyib.
"Xəzər axşamı" verilişinə qonaq olan ifaçı şou-biznesdə həmkarlarından ögey münasibət gördüyü üçün bu addımı atdığını bildirib:
"Mən çünki sənətə gələndə bir ananın ögey övladı kimi təkləndim. O məndə bir növ travma yaratdı, məni hər şeydən uzaqlaşdırdı. Ona görə kənara çəkildim və özümə söz verdim ki, heç kimə qaynayıb-qarışmayacam və heç kimin nə pisini, nə yaxşısını danışmayacam.
11 ildir bu artıq davam etməkdədir. Əslində belə çox rahatdır. Çünki söz-söhbətdən, dava-dalaşdan, şərə düşməkdən, sonra haqsız yerə haqsızlığa uğramaqdan özümü qorumuşam. Nə yaxşı ki də belə olub!"
Ətraflı videoda:
Oxşar xəbərlər
Şou-biznesdə ilin ən böyük sürprizi - Aygün və Namiq 16 ildən sonra "Gəlirəm"
Şou-biznesin əfsanəvi duet ortaqları - Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu 16 illik fasilədən sonra yeni duetlə sevənlərinə sürpriz edibl...