Dado: "Natavan istəmir övladı onun çəkdiyini çəksin"

Dado: Natavan istəmir övladı onun çəkdiyini çəksin
Video
Şou-biznes 74

Reper Dado (Səid Əliyev) səmimi açıqlamaları ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, o "AStar" layihəsinə qonaq olarkən keçmiş həyat yoldaşı, müğənni Natavan Həbibi ilə bağlı danışıb.

Dado bildirib ki, Natavan özü də atasız böyüyüb. Bu səbəbdəb ayrılsalar da, Natavan həmişə onun oğlu ilə xeyli vaxt keçirməsinə şərait yaradır:

"Biz boşansaq da, Natavan sağ olsun. O, hər cür şərait qurur ki, uşaq bizim ayrıldığımızı hiss etməsin. Bizimki sivil ayrılıqdı. Çox ədalətli xanımdı. Gələcəyi görəndir. Ona "masson" deyirəm, gülür. Gedirəm, bir həftə, 10 gün qalıram onlarla. Gəlirəm, uşaq zəng vurur ki, ata, gəl. Son bir neçə gündür gedə bilmirəm. Məni it dişləyib, quduzluq iynəsi vurdururam. 9 gün vurulmalıdır. Natavan atasız böyüyüb. Hiss olunur ki, istəmir övladı onun çəkdiyini çəksin. Natavan anası, bacısı, bacısı qızı ilə qalır. Mənim evimdə kimsə 2 gün artıq qalırsa, qovuram. Amma orada hamı mənə dözür: bir yerdə yatırıq, dururuq, yeyirik, gəzirik".

Xatırladaq ki, onlar 2017-ci ildə ailə qurub, 2020-ci ildə boşanıblar.

Ətraflı videoda:

Son xəbərlər