Çoxlu pul qazanmaq üçün əla gündür
BAKU.WS bu günün ulduz falını təqdim edir: Qoç - Yaxın ətrafınızdakı insanlar yeni xəbərlər və təklifləri sizə çatdıracaqlar. Hadisələrin asudə axarına mane olmayın. Maraqlı sürprizlə qarşılaşacaq, çoxdan tanıdığınız insanın yeni məziyyətini görəcəksiniz. Olaylara reaksiyanızı və ətrafınızdakı insanların işlərinə müdaxilə səviyyəsini tənzimləməyə imkan verən siqnalları buraxmayın. Hansısa mövzunun diqqətinizi tam cəlb etməsinə yol verməyin. Buğa - Təmir, yenilənmə, dəyişikliklər üçün müstəvi hazırlanması üçün əlverişli vaxtdır. Yaxın gələcəkdə maksimal dərəcədə mənfəət əldə etmək üçün səylərinizi yönəltməyiniz gərəkən istiqaməti müəyyənləşdirin. Güc və qüvvə, habelə vaxt tələb edən işlə bağlı yaxın ətrafınızdakı insanlar sizə təsir göstərməyə çalışırlarsa, "yox" deməyi bacarın. Planlarınıza daxil olmayan əməliyyatlara başlamayın. Münaqişəli situasiyalarda soyuqqanlı olun, gərəksiz işlərə və şirin vədlərə aldanmayın. Ailə və məişət qayğıları çoxlu xərc tələb edir. Lakin baş verən dəyişikliklər stabillik, rahatlıq hissləri yaradır. Əkizlər - Problemi həll edin, mühüm mövzunu məqbul həll səviyyəsinə çatdırın. Tələsməyin, gərəkli olanlar vaxtı çatanda gələcəklər. Hazırkı dövrdə ən yaxşı davranış modeli işlərdə qaydaya riayət etmək, onları ənənəvi axarda saxlamaqdır. Daha çox fiziki işlə məşğul olun. Səhhətinizə fikir verin. Bir yerdə oturub qalsanız, darıxa bilərsiniz. Şəxsi münasibətlər müstəvisində durum normaldır. İradlarınız yoxdursa, nəyisə dəyişmək və ya yeniləmək istəmirsinizsə, qarşılıqlı anlaşmaya nail ola bilərsiniz. Xərçəng - Qarşı tərəfin mövqeyi nəzərə alınarsa, maraqlar razılaşdırılarsa, çətinlikləri dəf etmək çox asandır. Maliyyə məsələləri kəskinləşə bilər. Qənaətcil davranın, problemləri kiçik xərclərlə həll edin. Seçim ehtiyacı yaranan yerdə yalnız sınanmış, köhnə tərəfdaşlara bel bağlayın. Kiminləsə ümumi fəaliyyətdə nəyisə düzəltmək, daha yaxşı həll variantını tapmaq olar. Münasibətlər müstəvisində qarşınızda konkret məqsədlər varsa, müəyyən çətinliklər yaranacaq. Şir - İşlərinizdə ətalətlə davranmayın. Uğurların əldə edilməsi üçün ambisiyalarınız fəaliyyətinizdəki tarazlığı pozmamalıdır. Bütün vəziyyətlərdə eqoist davranmayın. Tələsməyin, aralıq nəticələrə qapanıb qalmayın. Daha fəal olun. Səylərinizin hansı istiqamətdə daha fəal olacağı barədə intuisiyanız sizə xəbər verəcək. Yaxınlarınıza göstərişlər verə bilərsiniz. Amma işin əsas ağırlığı yenə də sizin çiyinlərinizdə olacaq. Axşam saatlarını şəhərdən kənarda, dəniz sahilində və ya təbiət qoynunda keçirin. Qız - Hər şey seçəcəyiniz fəaliyyət tipi və işinizin modelindən asılıdır. Yaxın gələcəkdə maksimum xeyir əldə etmək üçün səylərinizi yönəldəcəyiniz istiqamətləri dürüst müəyyən edin. Şəxsi münasibətlərdə konkretliyə, müəyyənliyə can atın. Detalları dəqiqləşdirin. Köhnə incikliklər yada düşərsə, qarşılıqlı umu-küsü və iradlar, ittihamlar səslənəcək. İntuisiya doğru həll variantını göstərəcək. Sentimental olmayın, uğur əldə etmək üçün təmkinli davranın. Tərəzi - Sizi çox iş gözləyir. Məhz indi prioritetləri müəyyənləşdirmək, ilkin danışıqlar aparmaq gərəkdir. Yardımçılar az deyil. İdeya və planlarınızı düzgün təqdim edin. Təklifinizin yeganə doğru variant olduğunu israrla deməyin. Daim fəaliyyətdə olun, səy göstərin, müxtəlif alternativləri sınayın. Beləliklə, yaxın gələcəkdəki işləriniz də asanlaşar. Dəvət aldığınız yerə yollanın. Biliklərinizi, işə yaradıcı yanaşmağınızı nümayiş etdirin. Əqrəb - İndi çox şey sizdən və fəaliyyətinizi təşkil etmək bacarığınızdan asılıdır. Yeni anlaşmalar və sövdələşmələr əldə etməyə, fərqli sahədə ilk addım atmağa tələsməyin. Başladığınız işi davam etdirin. Daha maraqlı və cəlbedici saydığınız işə keçməyin. Əks təqdirdə, planlarınızda geri qalacaq, bundan sonrakı günlərin işlərini artıracaqsınız. Sizi sevdiyiniz insanla ümumi məqsədlər birləşdirmirsə, münasibətlərdə sərinləşmələr yarana bilər. Çoxlu pul qazanmaq üçün əla gündür. Oxatan - İşlərdə ləngimə və təxirəsalmalar ola bilər. İnformasiya və xəbərlərin gözləntisi isə uzana bilər. Fəqət daxili harmoniya hissi özünüzü rahat hiss etməyə, emosiyalarınızı ətrafdakı insanlarla bölüşməyə imkan verəcək. İşdə konkret, praktiki yönlərə fikir verin. Bu istiqamətlər indi olmasa da, yaxın gələcəkdə mənfəət vəd edir. Zahiri görünüşünüzün qeydinə qalın. Oğlaq - Bu gün iş və istirahət üçün əlverişli gündür. Sakit, təmkinli olun, aramla çalışın. Ətalətə, tənbəliyyə varmayın. Sizi maraqlandıran məsələlərlə məşğul olaraq əsas işi unutmayın. Ev işləri, qonaq qəbul etmək üçün əlverişli gündür. Ehtiyac yaranarsa, daha çox iş görə bilərsiniz. Detallara fikir verin, gərəkdirsə, planlara yenidən baxın. Kiminsə rəğbəti və dəstəyi müsbət rol oynaya bilər. Gərəkli yardımı alacaqsınız.
Dolça - Evdə və ya çalışdığınız fəaliyyət sahəsində yeni işə başlaya bilərsiniz. Bu işlər nizamlanma və proseslərin qaydaya salınmasını tələb edir. Yaxın vaxtlardakı xərclər və ya görüləcək işlərin keyfiyyəti ilə bağlı fikir ayrılıqları ola bilər. Dəyişikliklərin zamanı deyil. Amma onları nə təxirə salmaq, nə də dayandırmaq mümkün deyil. Günün ikinci yarısında ciddi səylər tələb edən iş olacaq. İrəliyə doğru hərəkət istədiyiniz kimi deyil.
Balıqlar - Yaxın ətrafınızdakı insanların sizi yaxşı anlamalarına çalışın. Emosiyalar indi hisslərin izharına, bacarıqların nümayişinə yönəlib. İnadkarlıq ifrat səviyyəyə çatmasın. Hisslərinizə hakim olun. Yaşam arealının bir hissəsində qayda yaradın, daxili harmoniyaya nail olun. İdeyalarınızı elə reallaşdırın ki, iş və yaşam müstəvilərində xaos yaranmasın. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Günün ulduz falı: bu gün sizi sürpriz gözləyir
Astroloqlar bu günün ulduz falını açıqlayıblar. Qoç - ötən həftə yaranmış bir sıra problemləri həll edə bilərsiniz. Aktiv fəaliyyət zamanıdır. Çözüm və həlli...