Cennifer Lopezin başına iş gəldi - Libası səkiyə ilişdi
Məşhur müğənni Cennifer Lopezin başına iş gəlib.
BAKU.WS "CNN"'ə istinadən xəbər verir ki, "Office Romance" filminin qalasına qatılan sənətçi libası dar olduğu üçün çətin anlar yaşayıb.
56 yaşlı sənətçi qırmızı xalçada özünəməxsus tərzi və eleqant görünüşü ilə pərəstişkarlarının rəğbətini qazanıb.
Lakin qaladan ayrılarkən onun donu səkiyə ilişərək Lopezə çətin anlar yaşadıb.
Sənətçi problemi özü həll etməyə çalışsa da, köməkçisi dərhal müdaxilə edərək libası düzəldib.
Hadisədən sonra ulduz sənətçi təbəssümünü itirmədən fanatlarına əl sallayıb, fotoqraflara poz verib və daha sonra avtomobilinə əyləşərək ərazidən uzaqlaşıb.
Qalereya
Oxşar xəbərlər
Sindi Krouford 27 yaşlı oğlunun ölümündən danışdı: "Səni əbədi sevəcəyik"
Dünyaca məşhur supermodel Sindi Krouford 27 yaşında vəfat edən oğlu Presli Gerberin ölümü ilə bağlı ilk dəfə paylaşım edib. Model ailəsinin böyük kədər içində o...