Çəkiliş zamanı azərbaycanlı xanəndənin ayağı sınıb
Bir müddət əvvəl xanəndə Pərviz Qasımovun ayağı sınıb.
BAKU.WS xəbər verir ki, "İncə səhər" verilişinə dəvət alan sənətçi ilk dəfə bu barədə danışıb.
O hadisənin çəkiliş zamanı yaşandığını qeyd edib:
"Mən heç vaxt deməmişəm ki, mən güclüyəm. Məsələn, çəkiliş zamanı ayağım sınıb. Həyatıma aid bir video çəkirdilər. Yüksəklikdən tullananda özümü tarazlıya bilmədim, yerə düşəndə ayağım sındı. Başıma bir çox ağır hadisələr gəlib. Lakin çalışmışam ki, şükür edib bu vəziyyətdən çıxım. Heç vaxt deməmişəm ki, bu niyə başqasının yox elə mənmim başıma gəlir".
Veriliş zamanı xanəndə sosial şəbəkələrdə ünvanına yazılan təhqirlərdən danışıb.
"İnsanları təhqir etmək olmaz. İnsanları tənqid etmək olar. Mən həmişə deyirəm. Tənqid ayrı, təhqir ayrı bir şeydir" -deyə Qasımov qeyd edib.
Ətraflı videoda:
Oxşar xəbərlər
Sindi Krouford 27 yaşlı oğlunun ölümündən danışdı: "Səni əbədi sevəcəyik"
Dünyaca məşhur supermodel Sindi Krouford 27 yaşında vəfat edən oğlu Presli Gerberin ölümü ilə bağlı ilk dəfə paylaşım edib. Model ailəsinin böyük kədər içində o...