Can Yaman bu addımı ilə sevənlərini şoka saldı
İtaliyanın "Canale 5" kanalında yayımlanan "Viola come il mare" serialı ilə bağlı dəyişiklik baş verəcək.
BAKU.WS xəbər verir ki, aktyor Can Yaman serialın üçüncü mövsümündə iştirak etməyəcək.
Serialda "Müfəttiş Francesko Demir" obrazını canlandıran Can, artıq köməkçi rollardan imtina edərək yalnız baş rollarda çəkilmək istəyir. Bu səbəbdən də aktyor layihəni tərk edib.
O serialdan ayrıldığı üçün səbəbindən yaradıcı heyət yeni bir obraz hazırlamaq məcburiyyətində qalıb.
Aktyorun serialda iştirak etməmək istəyinin digər səbəbi isə baş rol ifaçısı Francesca Chillemi ilə şəxsi əlaqələrinə dair yayılan şayiələrdir.
Bu cür dedi-qodularla yenidən mübarizə aparmaq istəməyən Can Yaman artıq uzun müddətdir sosial şəbəkələrdən də uzaqdır.
Oxşar xəbərlər
Adriana Lima dəyişimi ilə səs-küyə səbəb oldu
Məşhur model Adriana Lima uzun müddətdən sonra görünüşü ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, o xeyli çəki ataraq fit və qüsursuz bədəni ilə marağa səbəb o...