Bu yay Azərbaycanda ən çox dinlənilən MAHNILAR - SİYAHI

Şou-biznes nümayəndələrinin bir neçəsinin təqdim etdikləri mahnılar hazırda ən çox dinlənilən ifalar sırasındadır. Sözügedən sənətçilər Xalq artistləri, Əməkdar artistlər və əsasən isə gənc müğənnilərdir. Bəzi müğənnilər həmin ifalara ekran həyatı da veriblər.
Bu dəfə BAKU.WS saytı olaraq yayın ən çox dinlərin mahnılarının siyahısını araşdırdıq.
Sözügedən siyahını oxuculara təqdim edirik:
Xalq artisti Röya Ayxan
Xalq artisti Röya Ayxanın bir müddət əvvəl təqdim etdiyi "Qürur" mahnısı hazırda yutub trendində ilk 5-likdədir. Mahnının söz və musiqisi Balaəliyə aiddir. Aranjımanını Taleh Ağayev edib. İfa təqdim edildiyi gündən dillər əzbəri olub. Hazırda yutubda 2.1 milyon baxış sayı toplayıb.
Xalq artisti Aygün Kazımova
Yayın ən çox dinlənilən mahnılarından biri də Xalq artisti Aygün Kazımovanın "Abrakadabra" mahnısıdır. Sənətçi bir müddət əvvəl səs-küylü işinə klip çəkdirib. Selim Akar layihəyə ekran həyatı verib. Mahnının musiqisi Kazım Can, sözləri Orxan Qarabasmaya (OGB) aiddir. Sosial şəbəkələrdə də trend olan ifa həm də məşhur əyləncə mərkəzlərində səsləndirirlir.
Əməkdar artist Xumar Qədimova
Əməkdar artist Xumar Qədimovanın yeni "Vəhşi Kimi" adlı mahnısı da yayın sevilən hitlərindəndir. Kompozisiya yutubda yayımlandığı gündən sosial şəbəkələrin trendinə düşdü. Mahnının sözləri Rəşad Məcidə, musiqi və aranjemanı isə Neymana aiddir. Qədimova özü də şəxsi instaqram hesabında mahnı ilə bağlı xoş sözlər və təriflər aldığını, kompozisiyasının çox bəyənildiyini vurğulayıb.
Müğənni Nuran
Gənc müğənni Nuran da təqdim etdiyi layihələri ilə heç də həmkarlarından geri qalmır. İfaçının trend olan "Çağır məni" mahnısından sonra bu dəfə də "Özəl biri" səs-küyə səbəb olub. İstər mahnı, istərsə də klip bir çox sosial platformalarda paylaşılaraq müzakirələr yaradıb. Sənətçinin ifalarından biri Tiktokda 12 milyondan çox dinlənilib.
Müğənni Damla (Məsumə Məmmədova)
Müğənni Damlanın bir ay əvvəl musiqisevərlərə təqdim etdiyi "Şərəfsiz" mahnısı da ən çox dinlənilən kompozisiyalar sırasındadır. MaHnı sosial şəbəkələrlə yanaşı, bir sıra iri ticarət və əyləncə mərkəzlərində də tez-tez səsləndirilir. Həmçinin mahnı yutub trendində də ən çox dinlənilən ifalar sırasındadır.
Müğənni Türkan Vəlizadə
Müğənni Türkan Vəlizadənin "Salam Həyatım" adlı yeni mahnısı artıq yarım milyona yaxın baxış sayı toplayıb. Mahnı yayın ən çox dinlənilən kompozisiyaları sırasındadır. Mahnının sözləri Elçin Məhərrəmova, musiqisi isə İlkin Həsənə aiddir. Klipi də elə İlkin Həsən ekranlaşdırıb.
Müğənni Kazım Can
Müğənni Kazım Canın 2 əvvəl təqdim etdiyi "Danış mənimlə" ifası musiqi platformalarını alt-üst edib desək yanılmarıq. Mahnı instaqram tiktok və bir sıra başqa platfiormalarda çox bəyənilərək dinlənilir. Musiqisi Kazım Cana sözləri isə OGB-yə aiddir. Kompozisiya iki aya 2 milyondan çox baxış sayı toplayıb.
Müğənnilər Nur Cəfərli və Ruzigar Qədirov
Gənc müğənnilər Nur Cəfərli və Ruzigar Qədirovun bir il əvvəl təqdim etdikləri "Qara Gözlüm" mahnısı indilərdə yutub trendinə düşüb. Mahnı bir çox sosial platformalarda videolarda istifadə olunur. "Qara Gözlüm"ün musiqisi Kazım Cana, sözləri isə Orxan Qarabasmaya aiddir. Mahnının klipi 22 milyondan çox baxış sayı toplayıb.
Azərbaycanda ən çox dinlənilən mahnılar arasında türkiyəli məşhurlar Zeynep Bastık və Demet Akalının Sefo ilə son oxuduğu ifalar da var. Mahnılar ölkəmizdə bir sıra platformalarda trend olub. Demet Akalının Sefo ilə ifa etdiyi "Yerinde Dur" mahnısı 21 milyondan çox baxış sayı toplayıb.
Oxşar xəbərlər
Tanınmış aparıcının təbiət qoynundakı villası nümayiş olundu
Türkiyəli model və aparıcı Elif Ece Uzun iki mərtəbəli evi ilə gündəmə gəlib. BAKU.WS xəbər verir ki, onun mülkünün görüntüləri aparıcı Evrim Akının "Evrim Akı...
