Bu il "Qızıl Qlobus"u onlar qazandılar
Hər il olduğu kimi bu il də prestijli "Qızıl Qlobus" mükafatlarının təqdimetmə mərasimi keçirilib.
BAKU.WS xəbər verir ki, "Oskar"ın xəbərçisi olan mükafatlar bu dəfə Los Ancelesdə sahiblərinə təqdim edilib.
Mərasimin əsas aparıcısı Niki Qleyzer olub.
Rejissor Paul Tomas Anderson imzalı "One Battle After Another" filmi gecəyə damğa vurub. O 9 kateqoriyada "Qızıl Qlobus"a namizəd olub. Mükafatın hamısını ala bilməsə də 4 kateqoriyada qalib seçilib.
Vaqner Moura "Ən yaxşı aktyor" nominasiyasında qalib olub.
Televiziya kateqoriyasında isə "The Pitt", "The Studio" və "Adolescence" kimi seriallar ön plana çıxıb.
"One Battle After Another"dəki performansına görə aktrisa Teyana Teylor "Ən yaxşı aktrisa" nominasiyasında qalib olub. Bu aktrisanın ikinci "Qızıl Qlobus" mükafatıdır.
Gecənin başqa diqqətçəkən məqamı "Adolescence" serialının uğuru olub. O 4 "Qızıl Qlobus" mükafatına layiq görülüb. Ekran işindəki 16 yaşlı Auen Kuper "Ən yaxşı aktyor" nominasiyasına qalib olub. O "Qızıl Qlobus" mükafatı qazanan ən gənc aktyor kimi tarixə düşüb.
"Hamnet" adlı ekran işi "Ən yaxşı dram", "One Battle After Another" "Ən yaxşı müzikal və komediya", "The Pitt" "Ən yaxşı serial", "KPop Demon Hunters" isə "Ən yaxşı animasiya" kateqoriyalarında "Qızıl Qlobus" qazanıblar.
Mərasimin ilk anlarında aktrisa Teyana Teylor marağa səbəb olub. O "Ən yaxşı köməkçi aktrisa" kateqoriyasında qalib olub. Aktrisa çıxışı zamanı isə hamını kövrəldib. İki uşaq anası olan aktrisa övladlarının mərasim keçirilən oteldə olduğunu və onu izlədiklərini bildirib.
"The Secret Agent" "Xarici dildə ən yaxşı film" kateqoriyasında "Qızıl Qlobus"a layiq görülüb.
Oxşar xəbərlər
"Grateful Dead"in yaradıcısı Bob Veyr 78 yaşında vəfat etdi
"Grateful Dead" qrupunun qurucularından biri, gitaraçı və mahnı müəllifi Bob Veyr 78 yaşında dünyasını dəyişib. Bu barədə musiqiçinin ailəsi məlumat yayıb. BAKU...