Brilliant Dadaşova bu oğlanı axtarır
"Konsertdən əvvəl proqram hazırlarkən ilk solo konsertim yadıma düşdü. Necə sevgi, nə qədər sayğı və məhəbbətlə illər keçdi".
BAKU.WS xəbər verir ki, bu sözləri 8 martda konsert verməyə hazırlaşan Xalq artisti Brilliant Dadaşova sosial media hesabında yazıb.
İlk konsertinin görüntüləini paylaşan sənətçi videodakı oğlanı axtardığını bildirib:
"Bu illərdə mən də böyüdüm və nəsilləri də musiqimlə böyütdüm.. Nə xoş.
P.S. Videonun sonundakı oğlanı tapın, deyin 8 mart konsertimdə gözləyirəm. Nəzərə alın video 97-ci ilindir".
Qeyd edək ki, sənətçinin konserti Bakı Konqres Mərkəzində gerçəkləşəcək.
Konsertə 1 ay qalsa da, biletlərin 50%-dən çoxu satılıb.
Oxşar xəbərlər
Mirələm Mirələmova ağır itki üz verdi
Məşhur xanəndə Mirələm Mirələmova ağır itki üz verib. BAKU.WS xəbər verir ki, onun atası Fərman Mirələmov vəfat edib. O 68 yaşında dünyasını dəyişib. Bu barədə...