Bred Pittin çəkildiyi filmin rejissoru: "Səhv etsəydi, divara çırpıla bilərdi"

Bred Pittin çəkildiyi filmin rejissoru: Səhv etsəydi, divara çırpıla bilərdi
Foto
Şou-biznes 146

Məşhur rejissor Cozef Kosinski aktyor Bred Pittin rol aldığı "F1: The Movie" fimi ilə bağlı həyəcanlı məqamlardan danışıb.

BAKU.WS xəbər verir ki, onun sözlərinə görə, ekran işində "Sonny Hayes" adlı pilotu canlandıran Bred az qala canından olurmuş:

"Filmin ən qorxulu səhnələri şübhəsiz ki, Las-Veqas idi. Gecə çəkiliş edirdik, havanın çox soyuq olduğunu və təkərlərin də yerdə normal dayanmadığını nəzərə alsaq həyəcanlanmğa əsas var idi.

Trek ildə cəmi üç gün açıq olduğu üçün Bredin o trekdə məşq etmək şansı yox idi. Çəkiliş zamanı əgər kiçik bir səhv etsəydi, divara çırpıla bilərdi. Bu, indiyə qədər etdiyimiz ən təhlükəli şey idi. Lakin Bred Pitt bunun öhdəsindən çox yaxşı gəldi. O, çəkiliş günü fantastik idi".

Xatırladaq ki, film bu il iyunun 25-də tamaşaçıların ixtiyarına verilib.

Oxşar xəbərlər

Tarkanın 7 ildən sonra keçirilən konsertindən görüntülər

Tarkanın 7 ildən sonra keçirilən konsertindən görüntülər

Meqastar Tarkan 7 ildən sonra ilk dəfə İstanbulda səhnəyə çıxıb. BAKU.WS xəbər verir ki, sənətçini sevənləri böyük coşğu ilə qarşılayıblar. Tarkanın səhnə şousu...

112 Şou-biznes 18:46 17 yanvar 2026

Son xəbərlər