Bred Pitt 12 milyonluq evində sevgilisi ilə yaşayır
Bred Pitt və 32 yaşlı sevgilisi İnes de Ramon birlikdə yaşamağa başlayıb
BAKU.WS xəbər verir ki, Hollivud aktyoru Bred Pitt 32 yaşlı İnes de Ramon ilə eyni evdə qalmağa başlayıb. "People" jurnalı xəbər verir ki, cütlük vaxtlarını səyahət edərək və tətil edərək bir yerdə keçirir, ictimaiyyətin diqqətindən uzaq olmağa çalışır.
Yaxınlarının sözlərinə görə, Pitt anasını itirdikdən sonra İnes ona böyük dəstək olub. Aktyor köhnə Los Feliz malikanəsini sataraq 12 milyon dollara Hollywood Hills-də geniş bir ev alıb. Yeni evdə altı yataq otağı, hovuz və şəhərə açılan panoramik mənzərə var. Mənbələr bu evi cütlük üçün "ideal sığınacaq" adlandırıb.
Oxşar xəbərlər
Azad Şabanov "Xatirədir"ə yeni nəfəs verdi
Azərbaycan estradasının sevilən ifaçısı Azad Şabanov dinləyicilərinə növbəti musiqi hədiyyəsini təqdim edib. BAKU.WS xəbər verir ki, sənətçi əfsanəvi "Karvan"...