Boşanma xəbərləri ilə gündəm olan Kıvanç 17 milyona avtomobil aldı

Boşanma xəbərləri ilə gündəm olan Kıvanç 17 milyona avtomobil aldı
Foto
Şou-biznes 133

Məşhur aktyor Kıvanç Tatlıtuğ yeni və bahalı avtomobili ilə marağa səbəb olub.

BAKU.WS xəbər verir ki, aktyor özünə 17 milyon lirə (657 900 AZN) dəyərində maşın alıb. Onun yeni avtomobili "BMW 740"dır.

Kıvanç avtomobilinin dövlət qeydiyyat nömrə nişanına həyat yoldaşı Başak Dizerlə oğlu Kurt Efe Tatlıtuğun baş hərflərini yazdırıb.

Xatırladaq ki, aktyor son iki gündür Türkiyə mətbuatında boşanma xəbərləri ilə manşet olub. Kıvançın həyat yoldaşı ilə arasında soyuqluq olduğu, hətta Başakın evi tərk etdiyi bildirilib.

Boşanma xəbərləri ilə gündəm olan Kıvanç 17 milyona avtomobil aldı

Son xəbərlər