Bir zamanlar zibil yığan, ətir satan, sendviç hazırlayan, dülgərlik edən DÜNYA MƏŞHURLARI - SİYAHI

Bir zamanlar zibil yığan, ətir satan, sendviç hazırlayan, dülgərlik edən DÜNYA MƏŞHURLARI - SİYAHI
Şou-biznes 89

Hazırda dünyada tanınmış insanların böyük əksəriyyəti indiki uğurlarına çətin mübarizə yolu keçərək çatıblar. Həmin məşhurlar indi dünya ulduzu olsalar da, bir zamanlar görünməyən bir yerdə mübarizə aparıblar. Onlar zirvəyə çatmaq üçün ən dibdən başlayıblar. Onların hər birinin arxasında kimsənin görə bilmədiyi bir başlanğıc vardır. 

BAKU.WS sadə həyat yolundan məşhurluğun zirvəsinə çatan ulduzların siyahısını təqdim edir: 

Aktyor Bred Pitt

Hazırda dünyanın ən yaraşıqlı aktyorlarından biri olan Bred Pitt bir zamanlar toyuq kostyumu geyinib. O bu kostyumla küçələrdə rəqs edərək pul qazanıb.

Aktyor Ceyson Steytem

Aksiyon filmlərinin ulduzu Ceyson Steytem pul qazanmaq üçün London küçələrində qışqıraraq parfüm satıb. 

Aktrisa Marqo Robbi

"Oscar"a namizəd aktrisa Marqo Robbi hər sabah Qlazqo şəhərində sandviç hazırlayıb. 

Aktrisa Cennifer Eniston

"Friends" serilıa ilə məşhurlaşan aktrisa Cennifer Eniston telefonda müxtəlif məhsullar satıb. 

Aktrisa Meqan Foks

"Transformers" filminin ulduzu Meqan Foks böyük bir banan kostyumu ilə təqdimatlar edərək pul qazanıb. 

Aktyor Harrison Ford

"Star Wars"un ulduz aktyoru Harrison Ford ailəsini dolandırmaq üçün bir zamanlar dülgərliklə məşğul olub. 

Aktyor Denzel Vaşinqton

"Oscar" mükafatlı aktyor Denzel Vaşinqton dolanışığını təmin etmək üçün sabah saat 4-də qalxıb konteynerlərdəki zibilləri yığıb. 

Oxşar xəbərlər

Son xəbərlər