Bir-birilə qonşu olan DÜNYA MƏŞHURLARI - SİYAHI
Hollivudun bəzi tanınmış simaları bir-birilə qonşudur. Buna səbəb onların eyni ərazidən lüks malikanələr almasıdır. Ulduzlar bilərəkdən bəzən isə istəməyərəkdən bir-birlərinə qonşu olublar. Onlar eyni məhəllədə və ya çox yaxın ərazilərdə yaşayırlar. Bu tip qonşuluqlar xüsusilə Beverli Hills, Malibu, Nyu-York və London kimi yerlərdə çoxdur.
BAKU.WS bu dəfə bir-birinə qonşu olan dünya məşhurlarının adlarını təqdim edir:
Aktrisa Cennifer Eniston həmkarı Kourtni Koksla qonşudur. Müğənni Adel aktrisa Cennifer Laurenslə qonşudur. Milyarder İlon Mask isə müğənni Beyonsla reper həyat yoldaşı Cey-Zinin qaldığı evə yaxın məhəllədə yaşayır. Bu məşhurların yaşadığı ümumi ərazi isə Los-Ancelesin Beverli Hills ərazisi adlanır.
Malibu bölgəsində də bir-birinə qonşu olub eyni məhəllədə yaşayan məşhurlar az deyil. Aktyor Leonardo DiKaprio ilə həmkarı Tobi Maquayr həm dostdur, həm də qonşudur. Aktyorlar Metyu Makkonaxi və Vudi Harrelson da eyni məhəlldə yaşayırlar. Onlar uzun illərdir ki, ailəvi dostluq münasibəti qurublar və qonşudurlar.
Müğənni Teylor Sviftin malikanəsi Nyu-Yorkda yerləşir. O aktrisa Bleyk Layvli ilə qonşudur. Sara Cessika Parker isə Nyu-Yorkdakı evində bir müddət aktyor Hyu Cekmənlə qonşu olub.
Devid və Viktoria Bekhemlərin mənzili Londonda yerləşir. Onlar orada məşhur müğənni Elton Conla qonşudurlar.
Dünya şöhrətli müğənni Adel isə gənc həmkarı Harri Staylsla qonşudur. Məşhurların mənzili Londonda yerləşir.
Oxşar xəbərlər
Doğuş vəfat edən aparıcıya halallıq verdi
Müğənni Doğuş sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, sənətçi bu gün vəfat edən türkiyəli aparıcı və jurnalist Reha Muhtara halallıq...