Bakı ermənisi 29 il sonra Azərbaycanda - VİDEO/FOTO

Bakı ermənisi 29 il sonra Azərbaycanda - VİDEO/FOTO
Video
Şou-biznes 14167
 

Aprelin 27-də "Ermənistan Azərbaycan Sülh Platforması"nın ofisində Bakı şəhərində anadan olmuş, lakin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nəticəsində Azərbaycandan köçməyə məcbur olan Erik Xaçaturovla "Ermənistan Azərbaycan Sülh Patforması"nın həmkoordinatorları və vətəndaş cəmiyyətinin nümayəndələrinin görüşü keçirilib. 

Erik Xaçaturov 2017-ci il yanvarın 6-dan etibarən Ermənistan-Azərbaycan Sülh Platformasının üzvüdür.

Görüşdə Erik Xaçaturov onu bürüyən hisslər haqqında danışıb. 30 ildə Bakının daha da gözəlləşdiyini qeyd edən Xaçaturov, illərlə həsrət qaldığı şəhərə gələrkən, yenidən isti hisslərə qovuşduğu üçün çox xoşbəxt olduğunu vurğulayıb.

Xaçaturov bundan başqa Şəhidlər Xiyabanını, mərhum prezident Heydər Əliyevin məzarını ziyarət edib və onun qəbrinin üstünə gül dəstəsi qoyub. Bundan başqa erməni sahibkar Fəxri xiyabanda özünün ən sevimli aktrisası hesab etdiyi Nəsibə Zeynalovanın məzarına baş çəkməyi unutmayıb.

Erik Xaçaturov azeri.today saytına verdiyi müsahibədə gəlişi ilə bağlı təəssüratlarını bölüşüb.

O, Bakının həmişə bölgənin mirvarisi olduğunu, şəhərin son illərdə daha da gözəlləşdiyini bildirib. "Hazırda bir çoxları mənə paxıllıq edir. Bilirsinizmi niyə? Çünki bir çox Bakı ermənisi doğma şəhərini öz gözləri ilə görmək istəyir”, Xaçaturov söyləyir.

Xaçaturov Bakıda 32 saylı məktəbdə təhsil aldığını və məktəbin müsbət mənada olduqca dəyişdiyini vurğulayıb. O, münaqişədən qabaq Qara Qarayev metrosu ətrafında, "Sevinc” kinoteatrı yaxınlığında bir binada yaşadığını və oraya baş çəkdiyini söyləyib. Xaçaturov qonşuların onu tanıdığını və xeyli sevindiklərini də qeyd edib. Bakı ermənisinin sözlərinə görə, keçmiş qonşuları hətta onun üçün süfrə də açıblar: "Mən həmişə demişəm ki, azərbaycanlılar həmişə mehriban, tolerant olublar və ömür boyu belə də qalacaqlar.”

Xaçaturov öz mövqeyi ilə bağlı erməni diasporundan təzyiq və təhdidlərə məruz qaldığını gizlətməyib. Lakin o, heç nədən qorxmadığını bildirib.

Erik Xaçaturov Qarabağın Azərbaycan torpağı olduğunu və Ermənistan ordusunun oradan çıxmalı olduğunu söyləyib. O Azərbaycan hökumətinin Qarabağ erməniləri ilə dialoq aparmasının zəruri olduğunu vurğulayıb.

E. Xaçaturov iş adamıdır və hazırda Sankt-Peterburqda yaşayır. (Musavat.com)

BAKU.WS CBC.AZ-a istinadən videosüjeti təqdim edir:

Son xəbərlər