Bacısı oğlundan danışan İzzət: "6 aylığından atasını itirib..."

Bacısı oğlundan danışan İzzət: 6 aylığından atasını itirib...
Video
Şou-biznes 402

"Tahir haqqında bilməyənlər üçün qısaca deyim. O çox kiçik yaşlarında, cəmi altı aylıq olanda atasını itirib. Həyatdır, tale belə gətirib. Atasını itirdikdən sonra Tahir anası ilə birlikdə bizimlə yaşayıb".

BAKU.WS xəbər verir ki, bu sözləri "Günə Uğurla" verilişinə qonaq olan müğənni İzzət Bağırov deyib.

Müğənni bacısı oğlundan danışan sənətçi, onun hazırda 31 yaşı olduğunu və ailəsinin Tahiri evləndirmək istəyindən də söz açıb:

"Təxminən 22-23 yaşına qədər mənimlə birlikdə böyüyüb. Daha sonra özü və anası üçün ayrıca ev alıblar və indi birlikdə yaşayırlar. İndi işləyir və öz həyatını qurub. Anası isə hər gün deyir ki, "Buna bir qız tapın, evləndirin." Çünki artıq 30 yaşı var və qohum-əqrəba da onun evlənməsini istəyir".

Tahir isə açıqlamasında İzzət Bağırovun ona sadəcə dayı yox, həm də ata olduğunu bildirib.

Ətraflı videoda:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Mirələm Mirələmova ağır itki üz verdi

Mirələm Mirələmova ağır itki üz verdi

Məşhur xanəndə Mirələm Mirələmova ağır itki üz verib.  BAKU.WS xəbər verir ki, onun atası Fərman Mirələmov vəfat edib. O 68 yaşında dünyasını dəyişib. Bu barədə...

385 Şou-biznes 17:49 05 iyun 2026

Son xəbərlər