Azərbaycanlı reper: "Kimsə baxış sayı yığır, toya gedir, mən də konsert verirəm"
Reper Orxan Zeynallı açıqlaması ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o "Əks-Səda" adlı konsertdən əvvəl jurnalistlərə müsahibə verib.
Reper həmkarlarından fərqli olaraq tez-tez konsert verdiyini bildirib:
"Dinləyiciyə, səhnəyə hörmət edirik. Dinləyici də onun qarşılığını görür deyə, biletlərimiz satılır. Üç-beş mahnı da olsa, çalışıram ki, canlı oxuyum. Düşünmürəm ki, hansısa ifaçılardan istedadıma və musiqi biliklərimə görə seçilirəm. Burada işə yanaşmaq məsələsidir. Kimsə məndən çox baxış sayı yığır, kimsə toya gedir, mən də konsert verirəm. Əslində, bu dəfə başa düşdük ki, ikigünlük konsert az oldu. Gələn dəfə üçün fərqli məkanlarda, fərqli formatlar düşünürük".
O bildirib ki, bir zamanlar bu səhnədə "Dəyirman"ın konsertinə gəlmiş və ən arxa sırada oturmuşdu. İllər sonra isə həmin səhnədə öz konsertini verərək sənətçi kimi böyük bir arzusunu gerçəkləşdirib.
Gecənin ən diqqətçəkən məqamlarından biri isə konsertin sonunda baş verib. Orxan Zeynallı səhnəyə 50 sadiq pərəstişkarını dəvət edərək onlarla birlikdə mahnılar ifa edib.
Qalereya
Oxşar xəbərlər
Müğənni Nəfəs sevgilisinə 4000 AZN-lik hədiyyə alıb
Müğənni Nəfəs şəxsi həyatı ilə gündəmə gəlib. BAKU.WS xəbər verir ki, "İncə Səhər" proqramına qonaq olan ifaçı sevgilsiinə özəl günlərdə hədiyylər verdiyini de...