Azərbaycanlı müğənni pandemiyada şirniyyat bişirib satıb
Müğənni Sevda Əliqızı açıqlaması ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, "Bir gün" verilişinə qonaq olan ifaçı pandemiya dövründə şirniyyat bişirib satmasından danışıb. Sevda buna sənət deyil, hobbi kimi baxdığını vurğulayıb:
"Əgər Allah mənə bu qabiliyyəti veribsə və mən bu işi bacarıramsa niyə də etməyim? Kimisinin balaca mağazası var. Kimisi ev alqı-satqısı ilə məşğuldur. Bacarıramsa bunu niyə də etməyim? Mənim buna uşaqlıqdan həvəsim var idi. Buna sənət deməzdim. Hobbi kimi yanaşıram. Düşündüm ki, pandemiyadır, toy da yoxdur. Bilirsiniz ki, bizim də qazancımız sadəcə toylardandır. Dedim görüm hələ məndə alınacaqmı? Şükür alındı. İstəyənlər çox oldu. Lağ edənlər də oldu. Onlar həyatda heçnəyə nail ola bilməyən insanlardır".
Oxşar xəbərlər
Dilarə Kazımovadan YENİLİK: Qadın mafiya lideri obrazında
Daim gündəmdə olan Avroviziya təmsilçimiz Dilarə Kazımova yeni foto-layihəsini təqdim edib. BAKU.WS xəbər verir ki, sənətçi bu dəfə fərqli imicə üstünlük verər...