Azərbaycanlı model ilk dəfə anası ilə bağlı paylaşım etdi
Model Diana Əhədpur sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o şəxsi instaqram hesabında ilk dəfə anası ilə fotosunu paylaşaraq onu ad günü münasibətilə təbrik edib.
Diana anasına xoş ürək sözlərini ifadə edib.
"Ana ad günün mübarək. Bu gün mən sənin üzünə baxarnda səni təkcə anam kimi görmürəm. Sən həm də mənim enerji mənbəyimsən. Sevgi və sonsuz zəriflik mənbəyimsən. Həmişə mənim qoruyucu mələyim olmusan, çətin anlarımda yanımda olmusan... Mən sənə sadəcə ən vacib bir şey arzulamaq istəyirəm. Həmişə gözlərin sevincdən parıldasın".
Xatırladaq ki, Diana əslən İrandan olan tanınmış iş adamı Manuçehr Əhədpur Xangahla evlidir. Onların bir oğlu var. Manuçehr Əhədpur Xangah 90-cı illərdə Bakıya kiçik sahibkar kimi gəlib, Azərbaycanda və xaricdə qurduğu geniş biznes şəbəkəsi hesabına milyonlar qazanıb.
Oxşar xəbərlər
Röya Ayxan qardaşı İsmayılla "Nankor"u təqdim etdi
Xalq artisti Röya Ayxan qardaşı İsmayıl Zadə ilə birlikdə "Nankor" adlı yeni duetini təqdim edib. BAKU.WS xəbər verir ki, mahnı artıq yayımlanıb və ilk dəqiqələ...