Azərbaycanlı məşhurların qızları ilə rəqs görüntüləri
Azərbaycanlı məşhurlar yeni görüntüləri ilə diqqət çəkiblər.
BAKU.WS xəbər verir ki, müğənni İbrahim Borçalı ilə aktyor Rəşad Kəsəmənli qızları ilə rəqs videolarını paylaşıblar.
İbrahim Borçalı şəxsi instaqram hesabında qızı Aysu Həsənova ilə görüntülərini yayımlayıb.
Sənətçinin qızı klinikalardan biirndə həkim-kosmetoloq kimi fəaliyyət göstərir. Borçalının Aysudan başqa Rəhim adlı bir oğlu da olub. O illər əvvəl avtomobil qəzasında dünyasını dəyişib.
Aktyor Rəşad Kəsəmənli də qızı ilə videosunu paylaşıb. O övladı Zəhra ilə olan görüntülərinə "Əziz qızım Zəhra, sən nə zaman böyüyüb mənimlə rəqs edəcək yaşa, boya çatdın? Sən atanın mələyisən gözəlim! Allah bütün balaları qorusun!" sözlərini yazıb.
Oxşar xəbərlər
İllər əvvəl silahlı hücuma məruz qalan İbrahim Tatlıses 40 gün bu filmi izləyib
Aktyor və rejissor Sermiyan Midyat müğənni İbrahim Tatlıseslə bağlı maraqlı etiraf edib. BAKU.WS xəbər verir ki, Midyat illər əvvəl silahlı hücuma məruz qalan T...