Azərbaycanlı məşhurlar ilk dəfə duet oxudular
Müğənni Nərmin Kərimbəyova özünü yeni tərzdə sınayıb.
BAKU.WS xəbər verir ki, sənətçi muğam ifaçısı Sahib İbrahimov ilə duetlərini təqdim edib.
Həmkarlar ilk iş birliklərinə xalq mahnısı ilə başlayıb. "Ay gözəl" adlı nəğməni ilk dəfə "Xəzər axşamı" verilişində təqdim ediblər və kifayət qədər bəyəni toplayıb. Tamaşaçı zəngləri səngiməyib və onlar dueti təkrarən səsləndirib.
Qısa vaxt ərzində sözügedən ifa sosial şəbəkələrdə də maraqla qarşılanıb.
Xatırladaq ki, dillərə əzbər olan xalq mahnısının ilk ifaçıları Xan Şuşinski, Şövkət Ələkbərovadır.
Kərimbəyova bu mahnının onların nəfəsində də seviləcəyinə əminliyini bildirib. Hətta cütlüyün duetləri silsilə şəkildə davam edə bilər.
Qalereya
Oxşar xəbərlər
"L7" qrupunun üzvü Cennifer Finç vəfat edib
Amerikanın məşhur rok qrupu "L7"nin vokalçısı və bas gitara ifaçısı Cennifer Finç 59 yaşında dünyasını dəyişib. BAKU.WS xəbər verir ki, sənətçi uzun müddət beyi...