Azərbaycanlı məşhurlar qış tətilini harada keçirir?

Azərbaycanlı məşhurlar qış tətilini harada keçirir?
Foto
Şou-biznes 471

2026-cı ilin gəlişi ilə Azərbaycanın bir çox bölgələrinə, xüsusilə də şimal və şimal qərb zonasına güclü qar yağdı. Adi vətəndaşlar kimi məşhurlar da bu fürsəti əldən verməyərək Yeni il tətilini keçirmək üçün bölgələrə axın etdilər. Onların sosial şəbəkə hesabları qar sevincli foto və videolarla aşıb-daşır. Bəs görəsən, kim harada və necə istirahət edir?

BAKU.WS sözügedən paylaşımları təqdim edir:

Müğənni Günel Məhərrəmova qar sevincini Qəbələ rayonunun qarlı dağlarında yaşayır. O, qış tətilini burada keçirir.

Azərbaycanlı məşhurlar qış tətilini harada keçirir?

Xalq artisti Yusif Eyvazov dincəlmək üçün Şuşaya yollanıb. O, şəxsi instaqram hesabında qarlı hava çəkilən fotolarını paylaşıb.

Azərbaycanlı məşhurlar qış tətilini harada keçirir?

Qış istirahətini qarlı bölgələrdən birində keçirən daha bir məşhur isə aktrisa Zarina Qurbanovadır. O, dincəldiyi turizm mərkəzindən olan görüntüləri sosial şəbəkə izləyiciləri ilə bölüşüb.

Azərbaycanlı məşhurlar qış tətilini harada keçirir?

Müğənni Orxan Babazadə də həmkarları kimi qış tətilinə yollanıb. O hazırda ailəsi ilə birlikdə istirahət edir. İfaçı qızı ilə qarda çəkilən fotolarını sosial şəbəkə izləyiciləri ilə bölüşüb.

Azərbaycanlı məşhurlar qış tətilini harada keçirir?

Müğənni Gülay Zeynallı qış istirahətinə qızı Sahilə ilə birlikdə yollanıb. Sənətçi Yeni ilin ilk günlərini qarı çox olan bölgələrimizdən birində keçirir.

Azərbaycanlı məşhurlar qış tətilini harada keçirir?

Aparıcı Aytəkin Mərdanova qış tətili üçün Qəbələyə yollanıb. O, bu barədə sosial şəbəkədə bildirib. Aparıcı dincəldiyi qış turizm mərkəzindən olan şəkilləri sosial şəbəkə izləyiciləri ilə bölüşüb.

Azərbaycanlı məşhurlar qış tətilini harada keçirir?

Aktrisa Ülviyyə Xəlilbəyli qış tətilini bölgələrdən birində keçirir. O, bu barədə şəxsi instaqram hesabında qeyd edib. Xəlilbəyli olduğu yerdən müxtəlif fotolar paylaşıb.

Azərbaycanlı məşhurlar qış tətilini harada keçirir?

Məşhur idmançı Kamil Zeynallı isə istirahətini Qəbələdə təşkil edib. O, qarlı havada lentə alınan fotolarını sosial şəbəkədə izləyiciləri ilə bölüşüb.

Azərbaycanlı məşhurlar qış tətilini harada keçirir?

Son xəbərlər