Azərbaycanda vəfat edən meyxanaçıya süni intellektlə klip çəkildi
Mərhum meyxanaçı Xəyyam Quliyevə süni intellektlə klip çəkilib.
BAKU.WS xəbər verir ki, ifanı tanınmış meyxanaçı Namiq Qaraçuxurlu səsləndirib.
Ekran işində Xəyyam süni intellektlə canlandırılıb.
Mahnının söz və musiqisi Xəyyam Quliyevin özünə aiddir. Kompozisiyanı Rasim Əsgərov aranjıman edib.
Klip mərhum meyxanaçının əziz xatirəsinə ithaf edilib.
Xatırladaq ki, Xəyyam Quliyev 2023-cü ildə insult keçirib və onda ağır ürək problemi yaranıb. Meyxanaçı ötən il dekabrın 3-də uzun sürən xəstəlikdən sonra vəfat edib. Xəyyam Əhmədli "Hələ oğlun salamatdır" meyxanası ilə məşhurlaşıb.
Oxşar xəbərlər
Kadir İnanırın sürücüsü: "Ona qan verdim deyə işdən qovuldum"
Mərhum aktyor Kadir İnanırın vəsiyyət qalmaqalı hələ də davam edir. Bu dəfə aktyorun sürücüsü verdiyi açıqlama ilə gündəmi alt-üst edib. BAKU.WS xəbər verir ki...