Aygün Kazımovaya doğum günündə SÜRPRİZ ETDİLƏR

Aygün Kazımovaya doğum günündə SÜRPRİZ ETDİLƏR
Video
Şou-biznes 260

Ötən gün Xalq artisti Aygün Kazımova 55 yaşını təntənəli şəkildə qeyd edib.

BAKU.WS xəbər verir ki, dəbdəbəli məkanlardan birində baş tutan məclisdə şou əhli Kazımonın işığına yığışaraq çal-çağır edib. İfaçı həmin həm gün də yaradıcılığının 40 ilini qeyd edib. Gecədə bir çox tanınmış sima iştirak edib.

Bəziləri isə gəlişi və iştirakı ilə Kazımovaya əsl doğum günü sürprizi edib. Xalq artisti Röya Ayxan uzun illərdən sonra ilk dəfə Pop divanın doğum günü məclisinə qatılıb. Məşhurlar birlikdə mahnı ifa edib və gecə boyunca xeyli rəqs edərək əylənib.

Gecənin sürpriz qonaqları sırasında məşhur meyxanaçı Namiq Qaraçuxurlu da olub. O məclisə təşrif buyuraraq Kazımovaya sürpriz edib. Keçmiş duet ortaqlarının uzun illərdən sonra Xalq artistinin doğum günündə də bira araya gəlməsi məclisdəkilərin marağına səbəb olub.

Məclisə gəlişi ilə sürpriz edənlərdən biri isə Avroviziya təmsilçimiz Aysel Teymurzadə olub. Uzun illərdən sonra səhnə fəaliyyətini bərpa edən sənətçi Kazımovanın doğum gününə gələrək onunla birlikdə "Mən aydan gəlmişəm" mahnısını səsləndirib. Sonda isə o Xalq artistinə uzun ömür və can sağlığı arzu edib.

Ad günü məclisinə gələn Xalq artisti Gülyanaq Məmmədovanın 8 yaşlı oğlu Uğur isə Kazımovaya sürpriz edərək ona mahnı oxuyub. Bunun üçün o elə sənətçinin repertuarına müraciət edərək "Yenə tək" ifasını səsləmdirib. Onun bu performansı və Aygün Kazımovaya olan sevgisi hamının marağına səbəb olub.

Rusiyanın Xalq artisti Filipp Kirkorov da Xalq artisti Aygün Kazımovaya sürpriz edib. O məclisə təşrif buyura bilməsə də, 5.3 milyon izləyicisi olan instaqram hesabından Pop divanı yeni yaşı münasibətilə təbrik edib. Sənətçi Aygün Kazımova ilə səhnə görüntülərini paylaşaraq videoyaya "Yubileyin mübarək, super ulduz" sözlərini yazıb.

Oxşar xəbərlər

Son xəbərlər