Aygün Kazımovadan yeni klip - ÖZÜ KLİPDƏ YOXDUR

Aygün Kazımovadan yeni klip - ÖZÜ KLİPDƏ YOXDUR
Video
Şou-biznes 349

Heyranlarını hər zaman təəccübləndirməyi bacaran Xalq artisti Aygün Kazımova bu dəfə də ənənəsinə sadiq qalıb.

BAKU.WS xəbər verri ki, pop diva "Rəqs" adlı klub tərzindəki yeni mahnısını və ona hazırlatdırdığı klipi təqdim edib.

Ölkənin əsas ulduzu yeni ifasına fərqli ekran işi ilə həyat verib.

Maraqlısı isə budur ki, bu dəfə klipdə Aygün Kazımova özü yer almayıb.

Klipdə Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva və kolumbiyalı model Luis Servantes çəkiliblər.

Cütlük ekran işində cəsarətli səhnələri ilə diqqət çəkib.

Əvvəlcə şəhərdə gəzintidə görünən "sevgililər", klipin sonunda hamamda duşun altında ehtiraslı anlarla izləyicilərin qarşısına çıxıblar.

Mahnının söz və musiqisi Zamiq Əliyevə (YAP10) məxsusdur. Klipin rejissoru isə son illərdə Aygün Kazımovanın bütün ekran işlərinə imza atan Selim Akardır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

50 yaşını qeyd edən Tünzalə Ağayeva: "Deyirlər yaşını demə!"

50 yaşını qeyd edən Tünzalə Ağayeva: "Deyirlər yaşını demə!"

"Əlli yaşımda çox xoşbəxtəm. Əlli yaşının xoşbəxt qadını mənəm. Xoşbəxtlik hüzurdur, həyatı olduğu kimi qəbul etməkdir, insanları olduğu kimi sevməkdir. Başda i...

311 Şou-biznes 22:36 22 oktyabr 2026

Son xəbərlər