Aygün Kazımova Cavanşir Quliyevlə arxiv görüntülərini paylaşdı - VİDEO

20
may
2022
11:29
Xalq artisti Aygün Kazımova sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, sənətçi instaqram hesabında əməkdar incəsənət xadimi Cavanşir Quliyevlə arxiv görüntülərini paylaşıb. Kazımova videoda "Küsmə gəl" mahnısını ifa edib.
Sözügedən kompozisiyanın musiqisi Cavanşir Quliyevə, sözləri Miryusif Mirnəsiroğluna aiddir. Sənətçinin bəstəkarla olan görüntüləri izləyiciləri tərəfindən maraqla qarşılanıb. Videoya qısa müddətdə 20 mindən çox bəyənmə gəlib.
Oxşar xəbərlər
Butulka satıb ailəsinə baxdı, 10 yaşında analıq elədi, Aygün Kazımova ilə əlbəyaxa oldu
Xalq artisti Röya Ayxan 1982-ci il iyunun 14-də dünyaya gəlib. BAKU.WS Kulis.az-a istinadən ifaçı haqqında maraqlı faktları təqdim edir. Röya Ayxanın Ağdam ray...
